Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 12:42:00
Rumıniyada təqaüd proqramı ilə təhsil almaq imkanı yaradılıb

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına müraciət mayın 1-dək aparılacaq.

 

Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.