Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 11:49:00
Bu abituriyentlər qəbul imtahanında iştirak etməyə bilər-DİM

9 illik bazada kolleclərə qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər.

 

AzEdu.az xəbər veriki, bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur.

 

Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir.

 

 Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

 

Qeyd edək ki,əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı mayın 15-də keçiriləcək. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları