Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-03 16:19:00
8 nəfər imtahandan xaric edilib-DİM    

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün növbəti imtahanlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları