Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 11:30:00
Ayaz Mütəllibovun təhsil həyatı-Maşınqayırma ixtisasına yiyələnib

 

 

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.

 

AzEdu.az sabiq prezidentin təhsil həyatını təqdim edir:

 

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 

 

1962-ci ildə Azərbaycan Neft-Kimya İstitutunu maşınqayırma ixtisası üzrə bitirib.

 

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb.

 

Qeyd edək ki, Ayaz Mütəllibov 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

 

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

 

Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları