Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-23 15:34:00
UNESCO-nun dəstəyilə reallaşdırılan layihə üzrə təlimlər davam edir

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində tələbələr üçün təlimlər davam edir.

 

AzTU-dan AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılarına STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, mühəndislikdə qadınların iştirakının təşviqi mövzuları barədə məlumat verilir.

 

Təlimlərin martın 27-də yekunlaşması nəzərdə tutulur.