Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-21 14:50:00
UNEC tələbələri Non-Erasmus mübadilə proqramı üzrə xaricdə təhsillərini davam edə bilərlər

Non-Erasmus (iki tərəfli əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu başlayıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, proqramın şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyəti nəzərə alınaraq, müraciət çox olduğu halda müsabiqə keçiriləcək.

 

Mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri 2022-2023-cü tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər.