Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-21 12:59:00
AzTU ilə Rusiyanın Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq genişlənir

Rusiya Federasiyası Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetində metallurgiya və materialşünaslıq üzrə sənaye sahələrində çalışan mütəxəssislərin qısa müddətə hazırlanması və qiymətləndirilməsi ilə bağlı yeni layihələr reallaşdırılır. Layihələrin icrasından irəli gələn işlərin həyata keçirilməsi üçün Azərbaycan Texniki Universitetinin (AzTU) elmi potensialından istifadə olunacaq.

 

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib.

 

Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki universitet arasında akademik mübadilə, ixtisasartırma kursları, ustad dərsləri, elmi-tədqiqat layihələri və elmi konfransların təşkili nəzərdə tutulur.