Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-21 10:30:00
ADNSU tələbələri arasında futzal çempionatının ilk mərhələsi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetdaxili futzal çempionatına start verilib. Çempionatda yarışacaq komandalar universitetdə olan müvafiq qruplardan formalaşıb.

 

AzEdu.az xəbər verir ki, yarışa qatılmaq üçün indiyə qədər 52 komanda qeydiyyatdan keçmişdi və ilk mərhələdə 37 komanda iştirak edib. Play-off mərhələsindən sonra 19 komanda qrup mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, çempionat bayram günlərindən sonra davam edəcək.