Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-20 11:30:00
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ADNSU məzunlarının ailələrini ziyarət ediblər.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Eyni zamanda, ali məktəbin şəhid məzunlarının adına auditoriyaların açılmasının planlaşdırıldığı vurğulanıb.

 

Qeyd olunub ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx əlaqə saxlayacaq, onlara lazımi kömək göstərəcək