Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-19 10:00:00
BDU-da Novruz bayramına həsr olunan “Xonça müsabiqəsi”keçirilib

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunan “Xonça müsabiqəsi” keçirilib.

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə universitetin bütün fakültə və şöbələri iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev kollektivi Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, sülh arzulayıb. Rektor universitetin bütün qurumlarının “Xonça müsabiqəsi”ndə fəal iştirak etdiklərini bildirib.

Müsabiqə komissiyasının qərarı ilə Protokol sektorunun xonçası I yerə, Tədrisin təşkili və idarəolunması mərkəzi, Sosial elmlər və psixologiya fakültəsinin xonçaları II yerə, İctimaiyyətlə əlaqələr və informasiya, İnsan resursları və hüquq şöbələrinin, Kitabxanaçılıq və informasiya, Filologiya, Tarix fakültələri, İqtisadiyyat və Humanitar Kollecin xonçaları III yerə layiq görülüb.