Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 17:14:00
ADNSU tələbələrinə master-klass keçirilib

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə Azər Türk Bank ASC-nin İnsan Resurları üzrə aparıcı mütəxəssisi Hidayət Kərimov tərəfindən “Əmək bazarına uğurlu inteqrasiya və karyeranın qurulması yolları” mövzusunda master-klass keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşün təşkilatçısı ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova öncə tələbələrə görüş haqqında məlumat verib, daha sonra nəzərdə tutulmuş istiqamətlərə uyğun olaraq mütəxəssislə tələbələr arasında fikir mübadiləsi aparılıb. Hidayət Kərimov “Düzgün CV necə hazırlayım”, “Vakansiyalar ilə hardan tanış olmaq olar”, “İş müsahibələrinə necə hazırlaşmalıyıq”, “İş müsahibələrində yol verilən səhvlər” və digər bu kimi mövzularla bağlı çıxış edib.

 

Sonda qeyd olunan istiqamətlər üzrə tələbələrin sualları cavablandırılıb