Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 09:05:00
Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi  niyə  keçirilməyəcək? -SƏBƏB

“Hazırda sertifikasiya prosesinə hazırlıq davam etdiyinə görə diaqnostik qiymətləndirməyə ara verilib”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə deyib.

 

Belə ki, son zamanlar diaqnostik qiymətləndirmə imtahanlarına ara verilib. 

 

Rüfət Əsədzadə bunun keçirilməməsinin səbəblərini izah edib:

 

“Diaqnostik qiymətləndirmə  müəllimlərin fəaliyyətini nəzərdən keçirmək və dəyərləndirmək üçün tətbiq edilir. Hazırda sertifikasiya prosesinə hazırlıq davam etdiyinə görə diaqnostik qiymətləndirməyə ara verilib. Çünki onların prinsipləri nəticə etibarı ilə birdir. Sertifikasiya birinci il diaqnoz qoyur, amma işdən çıxarmır. Sadəcə müəllimlərə bir il də əlavə vaxt verilir. Diaqnoz sertifikasiyanın ilkin mərhələsində verildiyinə görə  hazırlıqlar da bu istiqamətdə davam edir”.

 

Rüfət Əsədzadə diaqnostika ilə bağlı rəsmi məlumatların veriləcəyini qeyd edib:

 

“Ümid edirəm ki, rəsmi məlumatları İnsan Resursları Mərkəzi verəcək, onlar sertifikasiyanın vaxtı, onun təşkili qaydaları barədə informasiya ötürəcəklər.

 

Düşünürəm ki, diaqnostikanın ləğvinə ehtiyac yoxdur. Çünki müəllimlərin bilik və bacarıqları tez-tez qiymətləndirilməlidir. Belə olduqda təhsil işçisi daima tədris formasında qalır. Bizim məktəbimizdə hər il diaqnostik qiymətləndirmə həyata keçirilir, müəllimlərə zəif və müsbət tərəfləri barədə məlumat verilir. Əslində bu proses müəllimlər üçün məsuliyyət yaradacaq.

 

İnsanlar imtahan verən zaman gərginlik yaşayırlar. Deyərdim ki, şagirdlər bizdən daha çox imtahan verirlər. Bu müəllimlərin özgüvəninin aşağı düşməsinə səsbəb olur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları