Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 10:30:00
UNESCO-nun dəstəyilə şagirdlər üçün keçirilən təlimlər başa çatıb

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində şagirdlər üçün təşkil edilən təlimlər başa çatıb. 

 

AzEdu.az xəbər verir ki, təlimlər “Elektronika, layihələndirilmə və proqramlaşdırma”, “Mühəndislik dizaynı”, "Python proqramlaşdırma"  və “Uğurlu esselərin yazılması” mövzularını əhatə edib.

 

Təlimlərin sonunda 80-dən çox şagirdin nəticələri qiymətləndirilib, həmçinin “Mühəndislik seçimində məktəblinin təlimat kitabçası”, “Mühəndislik seçimində tələbənin təlimat kitabçası” və “Phyton təlimləri üçün bələdçi kitabçası” adlı nəşrlər hazırlanıb. Kitabçaların hazırlanmasında layihə üzrə mütəxəssislər Günel Ağabəyli və Rəşid Əliyev iştirak edib.

 

Xatırladaq ki, layihə çərçivəsində tələbələr üçün keçirilən təlimlər davam etdirilir.