Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 15:00:00
“Ölkədə təhsil eksperti yoxdur, yalnız birini deyə bilərəm” -SƏRT İRAD

“Deyərdim ki, təhsil sahəsində konkret olaraq ekspert yoxdur. Yalnız Nadir İsrafilov məktəbəqədər təhsildən tutmuş, ali məktəbə qədər bütün pillələrdə işlədiyinə görə onu ekspert kimi təqdim etmək olar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elşən Qafarov deyib.

 

 “Təhsil eksperti” dedikdə mediada, ictimai-sosial obyektlərdə təhsillə bağlı problematik və analitik çıxışlarla yadda qalan şəxslər yada düşür. Hazırda istər TV, istərsə də onlayn mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilir. Əslində isə, bu status rəsmi şəkildə  birbaşa olaraq kiməsə verilmir.

 

Yalnız mediada yazılanlara görə,  Təhsil İnstitutu bu prosesə yaxın gələcəkdə başlaya bilər. Hazırda xarici təcrübə öyrənilir.

 

Elşən Qafarov məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Ekspert sözünün mənası hər şeyi bilən deməkdir. Mənim üçün təhsillə bağlı ekspert dedikdə yadıma ilk olaraq Nadir İsrafilov düşür. Eyni zamanda araşdırmaçı olaraq bizlər də təhsil üzrə mütəxəssis kimi qiymətləndirilirik. Digər şəxslər də fərqli təhsil sahələri üzrə fikirlərini bildirirlər. Hazırda təhsil eksperti adının verilməsi kimi məsələdən daha önəmli problemlər özünü göstərməkdədir. Çox istərdim ki, ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı işlər görülsün. Həmçinin,  məktəblərdə tərbiyə sisteminin yüksəldilməsi ilə bağlı işlər yerinə yetirilsin. Məktəblərin nizamnaməsinin yenidən tənzimlənməsi ilə bağlı problemlər həllini tapmalıdır. Məktəbdaxili nəzarət sisteminin yaradılması ilə bağlı məsələlər qaldırılmalıdır”.

 

 Təhsil üzrə mütəxəssis Elşən Qafarov qeyd edir ki, ölkəmizdə təhsil eksperti yox səviyyəsindədir:

 

“Kim özünü necə adlandırır bunu o özü, bilər. Lakin bu, onun təhsil üzrə rəsmi şəxs olduğuna dəlalət gətirmir. Hazırda mətbuat məni ekspert kimi təqdim edir, hər gün 3-5 media qurumuna münasibət bildiriəm. Onlardan xahiş edirəm ki, məni təhsil üzrə mütəxəssis kimi təqdim etsinlər. Təhsil eksperti adı da rəsmi xarakter daşımır, çünki bunu hanısa universitet və təhsil qurumu vermir. Azərbaycanda təhsil eksperti institutu yaradılmalıdır. Bir çox sahələrdə ekspertlər yox səviyyəsindədir, misal olaraq, ekalogiya, qida və digər sahələr göstərilə bilər. Deyərdim ki, təhsil sahəsində konkret olaraq ekspert yoxdur. Yalnız Nadir İsrafilov məktəbəqədər təhsildən tutmuş, ali məktəbə qədər bütün pillələrdə işlədiyinə görə onu ekspert kimi təqdim etmək olar. İndiki halda isə kimin beyninə nə düşürsə, o, özünü təhsil eksperti elan edir. Ümumiyyətlə, ölkədə təhsil eksperti yoxdur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları