Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 11:36:00
İmtahanlarla dolu həftə, abituriyentlərin sınaq zamanı-Ötən həftəyə baxış

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  7-13 mart tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

DİM 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirib:

 

Dövlət İmtahan Mərkəzi 12 və 13 martda tam  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil edilib.

 

Mərkəzdən  verilən məlumata görə, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

DİM peşə liseylərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirəcək:

 

Martın 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

 

Mərkəzdən bildirilib ki, imtahan saat 11:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

 

DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib:

 

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 13-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

 

Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb:

 

Təhsil Nazirliyi bildirib ki, hazırda 10 sinif distant təhsildədir.

 

Birinci sinifə şagird qəbulunun vaxtı açıqlanıb:

 

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

 

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır:

 

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

 

Azərbaycanda yüksək texniki peşə təhsili üçün kredit tələbi məlum olub:

 

Yüksək texniki peşə təhsili proqramlarının mənimsənilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hər bir təhsil proqramı üzrə müəyyən edilən minimum 120, maksimum 180 kredit tələb olunur. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları