Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-13 10:29:00
ADNSU-da “Açıq mikrofon” təşkil olunub

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti dəfə “Açıq mikrofon” keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə universitetin akt zalında keçirilən tədbir facebook üzərindən də birbaşa yayımlanıb.

 

Rektor M. Babanlı 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrindən danışıb, tələbələrin keyfiyyət və kəmiyyət göstəriciləri, həmçinin imtahanlarda yüksək nəticə göstərmiş qruplar haqqında məlumat verib. Sonra I, II, III və IV kurslarda təhsil alan tələbələr mükafatlandırılıb.

 

Universitetdə ənənəvi tədrisin bərpa olunması ilə təhsilin müasir standartlara daha da uyğunlaşdırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan rektor M.Babanlı İT sahəsində, eləcə də xarici dillərin – ingilis, alman, fransız dillərinin universitetdə tədrisi ilə bağlı bir sıra yeni layihələrin həyata keçiriləcəyini qeyd edib.

 

Universitetdə istehsalat təcrübəsinin təşkili və tələbələrin praktiki vərdişlərə yiyələnməsi istiqamətində görülən və planlaşdırılan işlər haqqında məlumat verən rektor M.Babanlı ADNSU-da yaradılacaq yeni laboratoriyalar, o cümlədən bu sahədə tərəfdaş şirkətlərlə birgə göüləcək işlərdən danışıb. Sonra rektor M.Babanlı tədbirdə faktiki iştirak edən və onlayn qoşulan tələbələrin suallarını cavablandırıb. Mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.