Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 10:36:00
MİQ-in təşkilində keyfiyyət problemləri var-Təlimçi

 

 

“İldə 1 dəfə təşkil edilən MİQ müsabiqəsi üçün doğru və keyfiyyətli suallar hazırlamaq heç də çətin deyil”.

 

Bu sözləri AzEdu.az- a açıqlamasında  kurikulum üzrə təlimçisi Mahir Əhədov deyib.

 

Belə ki, ötən il keçirilən MİQ müsabiqəsinin təşkili ilə bağlı problem yaşanmış və test imtahan mərhələsi əlavə olaraq yenidən keçirilmişdi. Bəzi müdavimlər bu kimi halların qarşısının alınması üçün MİQ-in Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsini istəyirlər.

 

Mahir Əhədov məsələ ilə bağlı fikirlərini ifadə edib:

 

“Artıq 10 ildir ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd edim ki, bu, Təhsil Nazirliyinin mövcud sahədə apardığı ən uğurlu islahatlardan biridir. Amma MİQ müsabiqəsinin, xüsusən də, imtahan mərhələsinin təşkilində keyfiyyət problemləri var. Məsələn, həm ixtisas, həm də metodika suallarının tərtibində, ekspertizasında çatışmazlıq hələ də qalmaqdadır. Son imtahanlarda hətta eyni ixtisaslarda fərqli seanslarda sualların mürəkkəblik səviyyəsində ciddi fərqlər oldu. Hətta məsələ o qədər ictimailəşdi ki, Təhsil naziri şəxsən bu məsələyə toxunmalı oldu. Düşünürəm ki, bu kimi arzuolunmaz halların baş verməsi imtahanı təşkil edən qurumun bu işə səthi yanaşmasıdır. İldə 1 dəfə təşkil edilən  imtahan üçün doğru və keyfiyyətli suallar hazırlamaq heç də çətin iş deyil. Biz bunu DİM-in nümunəsində görə bilərik”.

 

Təlimçi MİQ müsabiqəsinin DİM tərəfindən həyat keçirilməsinin hazırda mümkün olmadığını vurğulayıb:

 

“Qaldı ki, MİQ-in DİM-ə verilməsi fikrinə, düşünürəm ki, bu, hazırda real görünmür. Çünki Təhsil Nazirliyi, şəxsən nazirin özü zaman-zaman MİQ müsabiqəsinin gələcəkdə təkmilləşdirilməsi ilə bağlı fikirlər söyləyir. Təcrübə və keyfiyyətlilik baxımdan məsələyə yanaşsaq, təbii ki, DİM hazırkı vəziyyətdə bu imtahanı daha uğurlu keçirə bilər. Çünki DİM-in 30 illik imtahankeçirmə və testologiya təcrübəsi var”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları