Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 14:14:00
Buraxılış imtahanları dünya formatına uyğun deyil-Umud Babaşov

 

 

 

“Şagirdlər riyaziyyat fənni ilə bağlı proqramı tam mənimsəyə bilməyiblər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  MATH Academy” tədris mərkəzinin rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi Umud Babaşov deyib.

 

O, 5-6 mart tarixində keçirilən buraxılış imtahanları ilə bağlı fikirlərini bildirib:

 

“Xaricdə təhsillə məşğul olan şəxs olaraq buraxılış proqramının formata uyğun olmadığı qənaətindəyəm. Burada pandemiyanın da təsiri qaçılmazdır. Çünki imtahan proqramı bu səbəbdən geridə qaldı. Yəni şagirdlər onu tam şəkildə mənimsəyə bilməyiblər. Çünki pandemiya şəraitində abituriyentlər evlərində hazırlaşırdı, repetitor və kurslar bağlı idi. İmtahan vaxtının da son anda elan edilməsi  bir az neqativ hallara səbəb oldu. Əgər bu avqust-sentyabr aylarında söylənilsəydi, şagirdlərin bunu çatdırmasında bir problem olmazdı.

 

Tanıdığım 11-ci siniflərin hamısı şikayətlənirdilər, buna səbəb onlara imtahan vaxtı ilə  bağlı son aylarda məlumat verilməsi idi”.

 

Umud Babaşov riyaziyyat fənni ilə bağlı yaşanan çətinliyə münasibət bildirib:

 

“Riyaziyyatla bağlı şagirdlər proqramı tam mənimsəyə bilməyiblər. Hətta kurs və müəllimlər də proqramı çatdırmaqda çətinlik yaşayıblar. Çünki tarix əvvəldən elan edilməmişdi.

 

Riyaziyyat elə fəndir ki, burada 45 dəqiqəyə 2 misal həll etmək mümkün olur. Lakin zaman məvhumu mart ayına çəkilincə  45 dəqiqəyə müəllimlər 10 misal həll etməyə başladılar. Bu da şagirdlərin qavraması, anlaması üçün  çox limitli zaman idi. Ona görə də bu mənada şagirdlər  çətinlik çəkdilər. Son dərslər olan törəmə, ehtimal kimi tapşırıqlarda  uşaqlar çox şikayət etdilər. Elə savadlı şagirdlər var idi ki, onlar  bu mövzuları bilirdilər, lakin məktəb proqramı ilə yola çıxan şagirdlər bu istiqamətdə çətinlik yaşayırdılar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları