Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 11:29:00
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu

Yəmənli şagirdlər üçün kütləvi dəfn mərasimi keçirilib

Yəməndə Səudiyyə Ərəbistanındakı koalisiyaların hava  hücumu nəticəsində dünyasını dəyişən şagirdlər üçün kütləvi dəfn mərasimi keçirilib.

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, şagirdlərin cəsədini daşımaq üçün təxmini 50 avtomobildən istifadə olunub.  Kütləvi dəfn mərasiminə neçə cəsədin gətirildiyi məlum deyil.

Xatırladaq ki, ötən həftə Yəmənin  şimalındakı Sada əyalətində  piknikdən qayıdan məktəb avtobusu vurulub. Beynəlxalq Qırmızı Xaç komitəsi hücumda 21 şagirdin öldürüldüyünü bildirsə də, hökümət ölü sayının 51 olduğunu deyib. Onlardan qırxının məktəbli olduğu məlumdur.

Səudiyyə Ərəbistanı hücumun məsuliyyətindən boyun qaçıraraq məqsədin Husi əsgərlərini daşıyan  avtobusu  nişan almaq olduğunu bildib.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları