Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-07 14:51:00
Həyatımda aldığım ən dəyərli hədiyyə oldu-“Tərəqqi” medalına layiq görülən direktor

 

 

“Hədəfim təhsildə  gələcək nəsili gözəl vətəndaş və şəxsiyyət olaraq yetişdirməkdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova deyib.

 

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını “Tərəqqi” medalı ilə təltif edib.

 

Sərəncəmla, Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qurup qadın “Tərəqqi” medalı ilə təltif edilib.

 

AzEdu.az xəbər verir ki, təltif olunanlardan biri də Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovadır.

 

O, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

 

Direktor təəssüratlarını bizimlə bölüşüb:

 

“Məni “Tərəqqi” medalına layiq gördüyü üçün Cənab Prezidentimizə minətdarlığımı bildirirəm. Ona təhsil işçilərinin əmək və zəhmətinə verdiyi dəyərə görə sonsuz təşəkkürlərimi çatdırıram. Bu mənim üçün 8 Martla bağlı aldığım ən sevincli hədiyyə oldu. Ölkə başçısı tərəfindən bu formda təbrik olunmaq  bir qadın və təhsil işçisi olaraq olduqca gözəldir və həyat yoldaşı şəhid olan  bir xanıma ən böyük dəyərdir.

 

Bundan yüksək bir hədiyyə gözləyə bilmərəm. Əzizim Prezidentimə minətdarlığımı bildirirəm.

 

Ana olaraq vəzifəmi layiqincə yerinə yetirməyə çalışıram. Hazırda azərbaycançılığa sadiq və ona xidmət edən iki övlad yetişdirirəm. Oğlum hərbi tibb fakültəsində oxuyur, o, zabit əsgərlərimizə xidmət edəcək. Qızım isə liseyi qırmızı attestatla bitirib. Bizim amal və hədəfimiz  cəmiyyətimizə gözəl ailə nümunəsi olmaqdır. Mehriban Əliyeva və Bahar Muradovanın simasında xanımlıq vəzifəmi layiqincə yerinə yetirməyə çalışacam.

 

Eyni zamanda bütün analarımızı  təbrik ediriəm, hamısına uzun ömür, can sağlığı diləyirəm. Bir daha Prezidentimizə minətdarlığımı bildirirəm. Hədəflərimiz təhsildə  gələcək nəsili gözəl vətəndaş və şəxsiyyət olaraq yetişdirməkdir. Hazırda rəhbərlik etdiyim müəssisənin 1700 şagird təhsil alır. Bu “Tərəqqi” medalı fəxri adı məni daha çox ruhlandıracaq ki, təhsildə öz işimi daha  yüksək səviyyədə yerinə yetirim”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları