Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-07 12:20:00
Məktəb müqəddəs məkan olsa idi, orada rüşvət alınmazdı-Şahlar Əsgərov

 

 

“Təhsil sahəsində yüksək rütbəli şəxslər dəyişsə belə, rüşvətin alınması istiqamətində heç bir nəticə əldə olunmadı”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.  

 

O, 8 Mart ərəfəsində məktəblərdə rüşvət alınması məsələsinə aydınlıq gətirib:

 

“30 ildən çoxdur ki, məktəblərdə rüşvət  problemi mövcuddur. Bu halın qarşısının alınması üçün bir çox tədbirlər görüldü, yüksək rütbəli şəxslər dəyişdi, amma heç bir nəticə əldə olunmadı. Məsələnin həlli tapıla bilinmir. Bu problemlə bağlı kitab və məqalələr yazmışam. Azərbaycan təhsili dərk olunmamış həqiqətdir. Əgər ölkəmizdə bu dərk olunsa,  məktəblərdə rüşvət alınmaz. Məktəb müqəddəs yer olsa idi, orada əyri işlər görülməzdi. Deməli ora müqəddəs məkan deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları