Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-06 11:27:00
UNEC ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq imkanları müzakirə olunub

UNEC-də Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə tədris üzrə prorektor dosent Gəray Musayev, Karyera Mərkəzinin direktoru Sənan Həsənov, Vergi Xidmətinin məsul şəxsləri Elməddin Süleymanov, Leyla Babayeva, Şəhla Səfərova, Şahzadə Mədətova iştirak edirlər.

 

Görüş zamanı UNEC tələbələrinin Dövlət Vergi Xidmətində təcrübəsinin, eləcə də Yay məktəbinin təşkili imkanları, birgə layihələrin hazırlanması və digər istiqamətlərdə əməkdaşlıq müzakirə olunub.