Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-06 10:58:00
UNESCO-nun dəstəyilə təşkil olunan konfransın panel iclasları keçirilib-FOTO

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təşkil olunan “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda konfransın panel iclasları keçirilib.

 

AzEdu.az xəbər verir ki, panel iclaslarda “STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təhsilinə qarşı gender bərabərsizliyi ilə bağlı qlobal tendensiyalar”, “Azərbaycanda mühəndislik işlərində gender qavrayışları ilə bağlı mövcud vəziyyət” mövzuları üzrə müzakirələr aparılıb. Müzakirələr zamanı “NewSpace Accelerator”un direktoru Leyla Tağızadə, “Horizon Next” şirkətinin təsisçisi Rəşid Əliyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat sahəsi üzrə mütəxəssisi Gülminə Məlikzadə, Azərbaycan Beynəlxalq Bankının İnnovasiyalar Mərkəzinin rəhbəri Leyla Hacıyeva, Azərbaycan Qadınları Elmdə (Azerbaijani Women in Science)  təşkilatının təsisçisi və direktoru Günel Ağabəyli, BP şirkətinin mühəndisi Aynur Dəmirli və müstəqil gender mütəxəssisi Nisə Hacıyeva mövzu üzrə fikirlərini bildirib. Qızların mühəndislik sahələri üzrə peşə seçimində tərəddüdləri, qadın mühəndislərin uğur hekayələri və iş rejimləri, özəl sektorda qadınlar üçün yaradılan imkanlar və çətinliklər, rəqəmsallaşan və avtomatlaşan istehsalat sahərində qadınların iştirakının artrılması imkanları, mühəndislikdə gender bərabərliyini təmin etmək üçün müəssisədaxili səylər, qadınların STEM təlimlərinə cəlb edilməsi üçün görülən işlərlər barədə geniş müzakirələr aparılıb. 

 

Qeyd olunub ki, “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində daha iki panel iclasın keçirilməsi nəzərdə tutulur.

 

Layihə üzrə şagird və tələbələr üçün nəzərdə tutulan təlimlər davam etdirilir.