Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 17:02:00
BU SƏBƏBDƏN  sual kitabçaları abituriyentlərə verilmir-Elçin Əfəndi

“Sual kitabçaları verilsə, köçürmə halları artırıla bilər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

 

O, imtahanlar bitdikdən sonra sual kitabçalarının abituriyentlərə verilməməsinə münasibət bildirib:

 

 

“5 mart tarixində müxtəlif ərazilər üzrə buraxılış imtahanları keçirilib. Burada abituriyentlərə sual kitabçalarının verilməməsi  müxtəlif aspektlərə dayanır. Birinci olaraq qeyd edim ki,  DİM imtahan keçirən zaman abituriyentlər arasında köçürmə hallarının qarşısını almaq üçün  sualları təqdim etmir. Ola bilər ki, hansısa abituriyent köçürmə halına müraciət edə bilər. İkinci məsələ ondan ibarətdir ki,  imtahan cavabları açıqlandıqdan sonra  abituriyentlər iddia edir ki, mən düzgün cavabı qeyd etmişəm. Amma baxılır ki, cavab kartında iddia edildiyi kimi qeyd olunmayıb. Ona görə də cavab kartları yığılır ki, belə halların yaranmasının qarşısı alınsın. Əgər abituriyent sual kitabçasında bunu qeyd edibsə, onun şikayəti əsaslı şəkildə götürülsün. Əgər dinləmə mətni ilə bağlı problem yaşanırsa, bu zaman abituriyent onu sual kitabçasına qeyd edir. Belə olduqda DİM-ə məlum olur ki, cavab sual kitabçasına qeyd olunub, amma cavab kartına yazılmayıb. Burada köçürmə hallarının qarşısının alınması üçün  cavab kartları abituriyentlərin əlindən alınır. Çünki 6 mart və sonrakı tarixlərdə də  imtahanlar təşkil ediləcək. Burada sualların əlaqələndirilməsi nəzərə alınsa, köçürmə halları baş verə bilər. İstənilən halda bu buraxılış imtahanıdı, hansısa səhv sual doğru cavaba təsir edə bilər. Ona görə kitabçalar verilmir ki, abituriyent köçürmə hallarına yol verməsin. DİM bu məsələlərin qarşısını almaq üçün  sualların yayılmasını istəmir, həmçinin, müəllimlər tərəfindən bu suallar işlənilməsin deyə də bu proses baş verir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları