Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 16:03:00
İmtahan cavabları BU TARİXDƏN yoxlanılmağa başlanılacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

AzEu.az xəbər verir ki, martın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqləri, kartlarının emalına başlanılacaq. 

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1-dək elan olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, imtahanın təşkil edilməsi üçün ümumilikdə 105 imtahan binası, 1757 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2178 nəzarətçi–müəllim, 214 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları