Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 11:44:00
Ölkəmizi elm sahəsində BU SAYDA xanım təmsil edir-Onlar kişiləri üstələyib

 

 

 

Ölkəmizdə qadınlar elm və təhsil həyatının bir çox sahələrində təmsil olunur.

 

AzEdu.az xəbər verir ki, elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

 

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir.

 

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları