Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 13:40:00
Bəzi məktəblərdə 7 mart dərs günü olacaq- Nazirlikdən AÇIQLAMA

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

 

Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.

 

Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları