Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 09:48:00
Dərsliklərin yazılmasında çatışmazlıqlar aradan qaldırılmalıdır-Direktor müavini

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin idarəetmə qaydası və nizamnamə fondu müəyyənləşib.

 

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

 

Fondun idarəetmə orqanı İdarə Heyəti olacaq. İdarə Heyəti Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyəti Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarət olacaq. Fondun nizamnamə fondu 1 000 000 (bir milyon) manat olacaq.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov fondun fəaliyyəti ilə bağlı fikirlərini bildirib:

 

“Təhsilin İnkişafı Fondu bizim  ehtiyatlarımızı zənginləşdirməyə xidmət edir. Gələcəkdə tələbatlarımızı ödəmək  və yerinə yetirmək üçün  bu fonddan istifadə edilə bilər. Çünki bizim hazırda belə ehtiyatlarımız yoxdur. Bundan müəyyən mənada təhsilin inkişafı üçün ürək açıqlığı ilə istifadə edilə bilər. Bu fond bizim təhsil islahatlarımızın həyata keçirilməsi üçün imkan yaradacaq. Müəyyən mənada  təhsilin müxtəlif sahələrində  olan boşluq  və problemləri  heç bir çətinlik çəkmədən bu fondun vəsaitindən istifadə edərək həll edə bilərik”.

 

Ənvər Abbasov Təhsil İnstitutunun həyata keçirdiyi fəaliyyətidən də söz açıb:

 

“Hazırda təhsil sahəsində bir çox islahatlar həyata keçirilir. Bunlar daha çox təhsilin məzmunu ilə bağlıdır, hazırda biz o məzmunu yeniləşdiririk. Onunla əlaqədar müəyyən layihələr həyata keçirilir. Eyni zamanda hazırda təlim prosesində yenilənmə baş verir. Pedaqoji innovasiyaların tətbiqi, müəllimlərin inkişafı  onların hazırlığı, yeni məzmunun tətbiqi, peşəkarlığın yüksəltməsi, eyni zamanda  müəllimlərin inkişafı və dərsliklərin hazırlanması üçün araşdırmalar aparılır. Çatışmazlıqlar tapılmalı  və onun təkmilləşdirilməsi məsələsi öyrənilməlidir”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları