Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-28 16:19:00
ADNSU-da növbəti dezinfeksiya işləri aparılıb-FOTO

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

 

AzEdu.az xəbər verir ki, dezinfeksiya işləri universitetin giriş və çıxışlarında, bütün korpuslarda, dəhlizlər, auditoriya, laboratoriyalarda, eləcə də ali məktəbin yataqxanasında aparılıb.

 

Qeyd edək ki, ənənəvi tədris başlayandan koronavirus pandemiyasının yayılmasının qarşısını almaq, tələbələrin və universitet əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans zallarında, giriş və çıxışlarında müntəzəm olaraq həftə sonları əsaslı dezinfeksiya işləri aparılır. ADNSU-da tədrisin üç növbəli olduğu nəzərə alınaraq hər növbədən sonra bütün auditoriya və laboratoriya otaqlarında da gündəlik olaraq dezinfeksiya işləri aparılır.