Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-26 10:00:00
Ukraynadakı azərbaycanlı tələbələrin köməyə ehtiyacı var-DİQQƏT

 

Hazırda Ukrayna ərazisində davam edən şiddətli döyüşlər bir neçə şəhərdə yaşayan, orada təhsil alan və işləyən soydaşlarımızı da çətin duruma salıb.  Onların arasında sözsüz ki, tələbə kəsimi də var. 

 

AzEdu.az dünəndən etibarən sosial şəbəkələrdə çətin durumda olduqları ilə bağlı xəbərlər yayılan azərbaycanlı tələbələrin foto və kimliklərini təqdim edir. Onlar haqqında yazılan məlumatda bildirilir:

 

"Əziz dostlar, fotoda gördüyünüz azərbaycanlı tələbələr Kievdə yeraltı avtomobil dayanacağına girib gizləniblər. (Харьковское шоссе 210 киев)

Həm soyuqdan donurlar, həm də acdırlar. Səfirliyimizə müraciət ediblər "gözləyin" cavabı alıblar, amma heç bir səs çıxmayıb. Bildirirlər ki, onlara təcili kömək lazımdır. Təhlükəli zonada olduğundan çıxa biımirlər.

Əlləri heç kimə çatmır. Əlaqə (votsap) nömrələri +380 636 79 88 86"