Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-25 13:47:00
III ixtisas qrupunda əlavə şans – Abituriyentlər üçün

 

 

Ali məktəblərə tələbə qəbulu qaydalarında edilən dəyişikliklərdən biri də altqruplarla bağlıdır.

 

 

Abituriyentləri maraqlandıran məsələlərdən biri də qəbul zamanı hər iki altqrupun seçilib-seçilə bilməyəcəyi ilə əlaqəlidir.

 

 

AzEdu.az xəbər verir ki, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.

 

 

 

III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları