Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 15:32:00
Yüksək nəticə göstərən 25 bakalavr DİM-də “Açıq qapı” gününə dəvət olunur  

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr martın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, görüşdə DİM-in məsul işçiləri tərəfindən bakalavrlara proqram və ixtisaslaşma seçimi ilə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Bakalavrlar, həmçinin DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə tanış olacaqlar.