Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 13:46:00
Bakı Ali Neft Məktəbində tələbələr üçün ustad dərsi keçirilib  

Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Modelləşmə və hasilatın proqnozu şöbəsinin rəisi, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin vitse-prezidenti Elvin Əhmədov “Yüksəlişə aparan yol” adlı ustad dərsi keçib.

 

Ustad dərsi BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil olunub.

 

Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib. Bildirilib ki, ustad dərsində ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.

 

Elvin Əhmədov uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, mütəxəssis olmağın sirlərindən danışıb, tələbələrə tövsiyələrini verib