Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 12:15:00
DİM: Azərbaycan dili, ingilis dili və kimya fənləri üzrə dərsliklər təhlil edilib  

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili və kimya fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclasda gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin təhlili olub.

 

Dərsliklər müvafiq fənn kurikulumlarının məzmun standartlarının tələblərinin reallaşdırılması, məzmun, dil və üslub, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından təhlil edilib. Müzakirələr zamanı bildirilmiş qeydlər müvafiq fənlər üzrə test bankının təkmilləşdirilməsi və qəbul imtahanlarının sual kitabçalarının formalaşdırılmasında nəzərə alınacaq.

İşçi qrupların növbəti iclasları fevralın 28-də və martın 1-də olacaq.