Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 09:50:00
Sınaq imtahanında ən yüksək nəticə göstərən abituriyentlər DİM-ə dəvət olunacaq  

Sınaq imtahanda ən yüksək nəticə göstərən abituriyentlər (daha əvvəl keçirilən eyni məzmunlu görüşdə iştirak edənlər istisna olmaqla) martın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

 

AzEdu.az xəbər verir ki, görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə fevralın 13-də keçirilmiş sınaq imtahanının nəticələri bu gün elan edilib.