Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 10:11:00
İnformatika magistraturaya hazırlaşanlar üçün hər zaman sıxıntı yaradıb-Təlimçi

 

“İnformatikadan əvvəlki illərdə düşən sual bu il də eyni ilə imtahana salınıb”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi, informatika müəllimi Yadigar Əliyev deyib.

 

Belə ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının nəticələri açıqlanıb.

 

Yadigar müəllim imtahan nəticələri ilə bağlı fikirlərini bildirib:

 

“Magistraturaya qəbul imtahanlarının nəticələrini normal qiymətləndirirəm. Düşünürəm ki, son illərin qəbul imtahanlarına nəzərən  tələbələrin əksəriyyəti daha çox bal toplayıb. Suallar çox asan şəkildə idi. Qeyri-adi və gözlənilməz sual yox idi.

 

Hesab edirəm ki, çətin və yüngül sual nisbi anlayışdı. İnformatika hər zaman tələbələr arasında sıxıntı yaradıb, məntiqdən də bəzən şikayətlər olub. Builki imtahandan əsas şikayət isə sualların çox sabit olması ilə bağlı idi. Hətta bəzi tələbələr çox çətin gözlədikləri üçün asan suallar rastına çıxıb və onu yaza bilməyiblər. İnformatikadan də əvvəlki illərdə düşən sual bu il də eyni ilə imtahana salınıb. Müəllim olaraq sualları olduqca rahat şəkildə qiymətləndirirəm.

 

İkinci şans imtahanında da eyni qayda ilə sualların tərtib ediləcəyini düşünürəm”.

 

Qeyd edək ki, nəticələrlə bağlı bakalavrlar 7727 nöməsinə SMS göndərməklə məlumat ala bilərlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları