Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 11:12:00
DİM  onlayn təlim təşkil edir

Təlimdə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları iştirak ediblər

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 15,17 və 18 fevral 2022-ci il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları üçün “Əmək qanunvericiliyinin tətbiqi“ mövzusunda təlim keçirilib. 

 

Təlim zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri, əmək müqavilələri, əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin əsas hüquqları, vəzifələri və məsuliyyəti, əmək müqaviləsinin bağlanmasının əsasları və qaydası, əmək müqaviləsinin forması, müddəti, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, əmək kitabçalarının tərtib edilmə və mühafizə qaydaları, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, əmək məzuniyyətinin növləri və s. mövzular barədə təlim iştirakçıları məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

 

Qeyd edək ki, iştirakçılar üçün “Əmək qanunvericiliyinin tətbiqi ” mövzusu 15 - 25 fevral 2022-ci il tarixlərini əhatə edəcək. Təlimin növbəti mərhələsi fevralın 22-də təşkil olunacaq.

 

Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.