Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 17:31:00
Təhsil Nazirliyi olaraq məqsədimiz təhsilin keyfiyyətini artırmaqdır

Təhsil Nazirliyi olaraq məqsədimiz təhsilin keyfiyyətini artırmaqdır. Azərbaycanın ümumi təhsil müəssisələrində bir milyon 600 min şagird təhsil alır. Həm müəllimləri, həm də valideynləri nəzərə alsaq, təhsil sistemində gün ərzində 4 milyondan artıq insan bir-biri ilə ünsiyyətdə olur. Burada iki nəfərin ünsiyyəti alınmırsa, onların arasında narazılıq yaranırsa, bunu Təhsil Nazirliyinin və ölkənin gündəminə çevirmək yaxşı deyil.

 

Bunu təhsil naziri Emin Əmrullayev “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələr zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, təhsildə olan müsbət tərəfləri də görmək lazımdır. Bu ilin yanvar ayında 30 mindən çox şagird olimpiadalarda iştirak edib. Onlar arasında yüksək nəticələr göstərənlər var. Bunlar da Azərbaycan məktəblərinin şagirdləridir.

 

AZƏRTAC