Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 17:15:00
DİM: Coğrafiya və riyaziyyat fənləri üzrə 7-11-ci sinif dərslikləri təhlil edilib

Fevralın18-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri təhlil olunub.

 

İclaslarda dərsliklərin məzmunu ilə bağlı göstərilmiş qeyd və təkliflər müvafiq fənlər üzrə test bankının təkmilləşdirilməsi və qəbul imtahanlarının sual kitabçalarının formalaşdırılmasında nəzərə alınacaq.

 

İşçi qrupların növbəti iclasları fevralın 25-də olacaq.