Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 16:01:00
Emin Əmrullayev: Şuşa təhsil sistemində infrastrukturla bağlı problem olmayacaq

Hazırda Şuşada 1 nömrəli məktəbin tikintisi gedir, bu ilin sonunadək məktəbin tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Təhlillərimizə əsasən bəzi məktəbləri təmir, bəzilərini əsaslı təmir etməklə təhsil infrastrukturuna qaytara bilərik.

 

Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir diqqətə çatdırıb ki, Şuşa əhalisi köçdükcə təhsil sahəsində yeni infrastruktur layihələrinin icrası da planlaşdırılır.

 

“Əminliklə deyim ki, Şuşa təhsil sistemində infrastrukturla bağlı problem olmayacaq. Əhali köçürüldükcə əhalinin təhsil infrastrukturu ilə təminatı aparılacaq. Bəzi məktəblərdə dərslərin iki növbəli olması məsələsi ola bilər. Bu da hələ ki, real deyil”, - deyə nazir bildirib

 

AZƏRTAC