Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 15:25:00
ADNSU ilə ABŞ universitetləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Riçard Pinkham və nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə rektor M.Babanlı ADNSU-da tədris, beynəlxalq əlaqələr, akkreditasiya olunan və ingilisdilli ixtisaslar, yaşıl enerji layihələri barədə ətraflı məlumat verib. ABŞ universitetləri ilə əlaqələrin daha da genişləndirilməsinin, xüsusilə tədqiqat yönümlü əməkdaşlığın, birgə startap layihələrinin həyata keçirilməsinin, süni intellekt və informasiya texnologiyaları sahəsində əməkdaşlığın universitet üçün vacib olduğunu deyən rektor növbəti tədris ilindən süni intellekt sahəsində, həmçinin xarici professorların cəlb olunması istiqamətində bir sıra yeni layihələrin nəzərdə tutulduğunu qeyd edib.

 

Riçard Pinkham səfirliyin mövcud təhsil proqramlarından danışıb. O, tələbə və müəllim mübadiləsinə imkan yaradacaq layihələrin reallaşmasında, startap və süni intellektlə bağlı layihələrdə, əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

 

Sonra təhsil sahəsində yeni layihələrin icrası və praktiki müstəvidə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.