Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 15:55:00
BMU-da magistr və doktorantların attestasiyaları keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasında İdarəetmədə informasiya sistemləri (ingilis dili) və Kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan magistr tələbələrinin attestasiyaları keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda magistrantların hesabatları dinlənilib. Onlar gördükləri işlər barəsində geniş məlumat veriblər.

 

Bununla yanaşı, adıçəkilən kafedranın doktorant və dissertantlarının ənənəvi semestirlik attestasiyası da baş tutub. Doktorantlar - Leyla Zeynallı, Xəzər Nəcimbəyli və Aysel Yaqubova elmi işləri haqqında təqdimatlarla çıxış ediblər.

 

Sonda magistrant, doktorant və dissertantlar iclas iştirakçılarının suallarını cavablandırıb.

 

Attestasiyalarda Kompüter və informasiya texnologiyaları kafedrasının, Magistratura və doktorantura şöbəsinin əməkdaşları, həmçinin dissertasiya işlərinin rəhbər müəllimləri iştirak edib.