Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 12:11:00
DİM: Bakalavrların imtahan verəcəyi yer onun faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur  

Fevralın 20-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 71 imtahan binasında aparılacaq.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabineti”ndə qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır