Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 10:08:00
AzTU-da yaz semestri başlayıb-FOTO

Fevralın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ilinin yaz semestri başlayıb. Universitetdə COVID-19 pandemiyası əlehinə bütün tədbirlər görülüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, auditoriyalar dezinfeksiya olunub. Universitetin daxilində hər kəs tibbi maskadan istifadə edir.

 

Yaz semestrində AzTU-da tədris bakalavriat səviyyəsində hibrid, magistratura səviyyəsində isə ənənvi formada təşkil olunub. Bakalavriat səviyyəsində tələbə sayı 30-dan çox olan qruplarda (kiçik qruplar istisna olmaqla) mühazirələr onlayn keçirilir. Məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada təşkil olununub.