Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 13:43:00
Bakı Ali Neft Məktəbinin tələbələri BEOC-da təcrübə keçirlər-FOTO  

Bakı Ali Neft Məktəbinin (BANM) I kurs magistratura tələbələri Vüsal Kərimov və Leyla Abdullayeva “Bahar Enerji Əməliyyat Şirkəti”ndə (BEOC) təcrübə proqramı keçirlər.

 

Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib. Bildirilib ki, həmin tələbələr, həmçinin ali məktəbin Neft-qaz mühəndisliyi kafedrasının böyük laborantlarıdır.

 

Təcrübə proqramı BANM ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında “Birgə Sənaye Proqramı”na dair razılaşma əsasında həyata keçirilir. Razılaşmaya əsasən BANM-in Neft-qaz mühəndisliyi kafedrasının iki magistrant tələbəsi yataqların modelləşdirilməsi ilə bağlı BEOC-da təcrübə proqramına qoşulurlar.

 

Tələbələr şirkətin Yeraltı tədqiqatlar departamentinin tərkibində işləyirlər və yekunda təqdimat edəcəklər.

 

BANM tələbələrinin təcrübə proqramı iyun ayında başa çatacaq.