Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 17:50:00
Ümumtəhsil müəssisələrində qüvvədə olan 6-cı və 7-ci sinif dərslikləri təhlil edilib  

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili, informatika və kimya fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-cı və 7-ci sinif dərsliklərinin təhlili olub.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Təhlil nəticəsində test bankının təkmilləşdirilməsi və imtahanların sual kitabçalarının formalaşdırılması zamanı nəzərə alınması üçün təkliflər hazırlanıb.

 

İnformatika fənni üzrə gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “İnformasiya prosesləri” mövzusunun müzakirəsi olub. Həm nəzəri hissənin, həm də həmin hissəyə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “İnformasiya və informasiya prosesləri” bölməsinə aid “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb.

 

Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, fikir və təkliflər nəzərə alınıb.

İşçi qrupların növbəti iclası fevralın 21-22-də olacaq.