Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 14:23:00
“İctimai nəqliyyat bahalı bir şey deyil ki, pulsuz olsun, tələbə  üçün ən vacibi...” - Hamlet İsaxanlı

 

 

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da tələbər üçün ictimai nəqliyyatdan istifadə zamanı müəyyən güzəştlərin tətbiqi, yaxud nəqiliyyatın pulsuz olması təklif edilib.

 

Cəmiyyat arasında maraqla qarşılanan bu təklif xüsusilə tələbələrin diqqətini çəkərək əsas müzakirə mövzularından birinə çevrilib.

 

Bu mövzu ilə bağlı Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı AzEdu.az-a açıqlamasında tələbə kreditlərinin verilməsinin onlara güzəşt baxımından daha vacib amil olduğunu qeyd edib:

 

“Düşünmürəm ki, tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır, yəni bu bahalı bir şey deyil. Bunun yerinə tələbəyə ən gözəl güzəşt təhsil kreditlərinin verilməsilə bağlı qanunun qəbul edilməsi oldu. Tələbələr artıq bu kreditlərdən faydalana bilir, kreditlərin verilməsinə başlanılır. Təhsil müddətini başa vurduqdan sonra verilmiş vaxt ərzində ödəmə şərtilə tələbə bu kreditlərdən həm təhsil haqqı üçün, həm də məişət xərcləri üçün müvafiq şəkildə yararlana bilər. Biz illərdir bunun üçün çalışır, yazır, tənqid edir, xahiş edirdik ki, tələbələrə uyğun şərtlərlə kredit verilsin. Nəticədə bu istəyimiz həyata keçdi. Düşünürəm ki, tələbələr üçün ən mühüm məsələ budur”.

 

Son olaraq o,-“Təhsil Tələbə Kreditlərilə müqayisə etdikdə digər məsələlər prinsipcə daha xırda məsələlərdir və onları həll edə bilir”-deyə qeyd edib.