Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-12 14:56:00
AzTU-da "Erasmus+" KA2 layihəsi üzrə təlim keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "Erasmus+" KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə təlimlərə başlanılıb. 

 

AzEdu.az xəbər verir ki, “Strateji planlaşdırma və idarəetmə” mövzusunda keçirilən ikigünlük təlimdə AzTU-nun rektorunun elmi-tədqiqat məsələləri üzrə müşaviri  Fariz Məmmədov iştirak edib.  

 

Təlimin ilk günündə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, büdcənin hazırlanması üzrə müzakirələr aparılıb.

 

Təlimin növbəti günündə performansın idarə olunmasının müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə də risklərin təhlili və idarəedilməsi ilə bağlı məlumatlar verilib.

 

İştirakçıların strateji planlaşdırma üzrə komandalar şəklində təqdimatı da təlimin ikinci günü həyata keçirilib.

 

Sonda təlim iştirakçılarına setitifikat və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, layihə çərçivəsində növbəti təlim 24-25 fevral tarixlərində “Dəyişikliklərin idarə edilməsi” mövzusunda keçiriləcək.