Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-12 10:58:00
DİN İsmayıllıda məktəbdə xadimənin qətli barədə məlumat açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) dünən İsmayıllıda orta məktəbdə baş verən qətl barədə məlumat yayıb.

 

AzEdu.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinə fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olub.

 

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb
İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.