Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-10 13:20:00
Təhsil İnstitutu biologiya fənni üzrə vebinar təşkil edəcək    

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar fevralın 11-də biologiya fənni üzrə “İnsan və onun sağlamlığı” mövzusuna həsr olunacaq. Vebinarda spiker qismində Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, dərslik müəllifi Nüşabə Məmmədova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.